
Əhalinin banklara olan kredit borcu 10 milyard manata çatır – Siyahı
Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 9 milyard 917,3 milyon manat istehlak krediti verilib.
Yeniavaz.com xəbər verir ki, ən çox istehlak krediti verən bank “Kapital Bank” olub.
Belə ki, bu bank sözügedən müddətdə 3 milyard 323,2 milyon manat istehlak krediti verib və bu göstərici son 3 ayda 5,3% artıb.
Ən az istehlak krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 1,1 milyon manat istehlak krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda istehlak kreditlərini ən çox artıran bank “Ziraat Bank Azərbaycan” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 56,7% artıb. İstehlak kreditləri ən çox azalan bank isə “Paşa Bank” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 15,9% azalıb.
Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən istehlak kreditləri aşağıdakı kimi olub:












Bu xəbər üçün şərh yazın