Əhalinin kredit borcları artıb

Əhalinin kredit borcları artıb 

2023-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq, milli valyuta ekvivalentində 23618,0 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ümumi kredit portfelinin 19597,7 milyon manatı və ya 83,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Bildirilib ki, kreditlərin 96,9 faizi banklar, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 31,3 faiz azalaraq 440,3 milyon manat olmuş və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər