Əhalinin kredit borcu sürətlə ARTIR -

Əhalinin kredit borcu sürətlə ARTIR - SON RƏQƏMLƏR

Azərbaycan əhalisinin banklara olan kredit borcu son 3 ildə iki dəfədən çox artıb.

Faktinfo.az Sfera.az-a istinadən xəbər verir ki, 2020-ci ilin sonunda əhalinin banklara 6 milyard 477 milyon manat kredit borcu var idi. 2024-cü ilin sentyabrın 1-də borcun məbləği 15 milyard 430 milyon manatı ötüb. Qısa müddətdə əhalinin kredit borcu 8 milyard 953 milyon manat, yəni 2,38 dəfə artıb.

 

Əhalinin borclanmasında istehlak, biznes və ipoteka kreditlərinin - hər üçünün payı var. Ümumi borcun 7,97 milyard manata yaxınını istehlak kreditləri üzrə borc təşkil edir. İstehlak kreditlərindən başqa əhalinin ipoteka kreditlərinə görə 4,09 milyard manat, biznes kreditlərinə görə isə 3,37 milyard manat borcu var.

 

Qeyd edək ki, əhalinin banklardan başqa qeyri-bank təşkilatlarına da kredit borcu var. Qeyri-bank təşkilatlarına olan borc 568 milyon manatdır. Bu təşkilatlara olan borclarda da ciddi artım var.

 

Üç il əvvəl əhalinin bank olmayan kredit təşkilatlarına 287 milyon manat borcu var idi. Ötən müddətdə bu təşkilatlara olan kredit borcu 281 milyon manat artıb.

 

Beləliklə, əhalinin son 3 ildə kredit borcu dəfədən çox artaraq 16 milyard manata çatıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi