
Əhalinin real gəlirləri azalacaq — AÇIQLAMA
Vergilərin artırılması əhaliyə - qeyri-neft sektorunda çalışanlara təqribən 600 milyon manat əlavə yük gətirir.
Yəni bu 600 milyon cibimizdən əlavə çıxacaq”.Bunu Demokrat.az-a iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, bu,vətəndaşların real gəlirlərinin azalmasına səbəb olacaq:

“Biz inflyasiyanı da nəzərə alsaq, qiymət artımını da nəzərə alsaq, vətəndaşların real gəlirləri onsuzda azalır. Vergi yükünün artması onların gəlirlərini azaldacaq və bu da kifayət qədər mənfi nəticələrə səbəb ola bilər.
O mənada ki, makro-iqtisadi göstəricilər onsuzda Azərbaycanda zəifdir -xərcləmələr azalıb,ÜDM artım faizi cəmi 1 faiz civarındadır.Vergi yükünün artması iqtisadi aktivliyə də mənfi təsir göstərə bilər. Bundan əlavə, "boz mühasibatlıq" yenidən arta bilər.Yəni çalışacaqlar ki, vergidən yayınmaq üçün əmək müqaviləsi olmadan çalışsınlar”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın