Əkinçiliyin, üzümçülüyün inkişafı məqsədilə Elmi-Tədqiqat İnstitutları...

Əkinçiliyin, üzümçülüyün inkişafı məqsədilə Elmi-Tədqiqat İnstitutları... 

İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişafı, yeni-yeni üzüm bağlarının salınması və bir sıra şəffaflığı əks etdirən məsələlər Kənd Təsərrüfatı Nazirliyinə tabe olan Elmi-Tədqiqat İnstitutlarının işini günün tələblərinə uyğunlaşdırmalarını tələb edir.


Bu mənada Faktinfo.az saytının əldə etdiyi məlumatda bildirir ki, Elmi-Tədqiqat İnstitutlarında idarəçiliyin optimallaşdırılması, struktur islahatları həyata keçiriləcəyi gözlənilir.

Maliyyə israfçılığının qarşısını almaq, elmi-tədqiqat işlərinin aparılmasını sürətləndirmək, üzüm ting sortlarının yetişdirilməsini təmin etmək, əkinçiliyin, toxumçuluğun əhatəli inkişafına nail olmaq məqsədilə ilkin olaraq, Əkinçilik, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutlarının Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) birləşdirilməsi nəzərdən keçirilir.

Qeyd edək ki ,adı keçən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstituna ayrılmış dövlət vəsaitindən səmərəsiz istifadəyə, üzüm ting sortlarının yetişdirilməsi üçün bir neçə milyon manatın ayrılmasına rəğmən, istənilən nəticənin əldə edilməməsinə, keçirilən tenderdə uyğunsuzluğa və s. məsələrdən mətbuat zaman-zaman yazıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər