Ekspert səkilərin olmamasından şikayətləndi

Ekspert səkilərin olmamasından şikayətləndi 

“Şəhərin heç də hər yerində piyada səkisi yoxdur. 70 min əhalisi olan Masazırda cəmi bir səkiyəbənzər nəsə var. Buzovna, Binə də belədir...”

 

Bu sözləri nəqliyyat eksperti bu gün keçirilən yol hərəkəti ilə bağlı mətbuat konfransında Ərşad Hüseynov deyib.

 

O qeyd edib ki, ən böyük hədəf səkilərin düzəldilməsi olmalıdır: “Səkilərə cavabdeh qurum yerli icra hakimiyyətləridir. 70 yaşlı qadının ölümü ilə nəticələnən qəzada da piyada səkisinin olmaması da əsas gətirildi. “Yol hərəkəti haqqında” qanun 1998-ci ildə qəbul olunub. Qanunun konsepsiyası isə 1980-ci illərə aiddir. Halbuki indi dünyada qaydalar tamam dəyişib... Küçələrin işıqlandırılması ilə bağlı da problem var. Hazırda ölkənin ən işıqlı şəhəri Laçındır. Küçədə oturub rahat qəzet oxumaq olar. İşıqlandırma da qəzaların qarşısını almaq üçün səbəbdir. Ölkə əhalisinin, təxminən, 70%-i sürücü ola bilər. Artıq 50% sürücüdür...”/Pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər