
Elçin Babayevin DİM sədri olacağı inandırıcı deyil-Əgər irəlləyən həftələrdə digər rektorlar da...
Bir neçə gündür yerli saytlarda Dövlət İmtahan Mərkəzinin(DİM) yeni sədrinin kim olacağı müzakirə mövzusudur. Xəbərlərdə yer alan namizədlər arasında Bakı Dövlət Universitetinin(BDU) vəzifəsindən uzaqlaşdırılan rektoru Elçin Babayevin də adı yer alır.
Faktinfo.az cəmiyyət üçün maraq kəsb edən,ictimai əhəmiyyət daşıyan bu mövzuda bildirir ki,Elçin Babayevin Dövlət İmtahan Mərkəzinin(DİM) sədri olmaq imkanı yox səviyyəsindədir.
Birincisi, BDU-da bir sıra qanuna zid hallar,yerlibazlıq,qohumbazlıq kimi idarəetmənin mövcudluğu,BDU-nun nəzdində olan təhsil müəssisələrindən edilən şikayətlərə laqeyid yanaşmalar,Elçin Babayevin rektor olduğu dönəmlərdə də pis bir formada təzahür edib.
İkincisi, Elçin Babayev üçün DİM sədri təyin edilməsi istəyi olsa idi,əvəzetmə ikitərəfli eyni vaxtda baş verərdi. Məleykə Abbaszadə BDU-ya rektor təyin olunduğu kimi, o,da DİM-ə sədr göndərilərdi.
Eləcə də nəzərə alsaq ki, Bakı Dövlət Universitetində idarəçilik Abel Məhərrəmov və Elçin Babayevin rektor olduqları dönəmlərdə Prezident Administrasiyasının sabiq rəhbəri,AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin himayəsi və təsir dairəsində olub,bu halda Elçin Babayevin nəinki DİM sədri,digər vəzifəyə təyin olunacağı belə inandırıcı görünmür.
Əgər,irəlləyən həftələrdə,aylarda Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Dillər Universitetinin (ADU), Gəncə Dövlət Universitetinin(GDU), Bakı Slavyan Universitetinin(BSU) rektorları da mərhələli qaydada dəyişdirilərsə,sonrakı yanaşmalarda Elçin Babayevin daha dəqiq hansı səbəbdən vəzifəsini itirdiyinə də yekdil şəkildə aydınlıq gətiriləcək.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın