Eldar Əzizovun töhmət verdiyi müavinə PA-da vəzifə verildi
Azərbaycan Prezident Administrasiyasında yeni təyinat olub.
İlqar Süleymanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində kurator vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Süleymanov son təyinatdan bir neçə gün əvvələ qədər Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsini tuturdu.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən ilin yayında Binəqədi qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələləri ilə bağlı nöqsanlar aşkar etmişdi. Məsələ ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da tanış olmuşdu və həmin tarixdəki açıqlamaya görə, aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilmişdi.
Bu xəbər üçün şərh yazın