Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin həbs müddəti uzadıldı

Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin həbs müddəti uzadıldı 

Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə istintaq orqanının təqdimatına baxılıb.

Apa.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul olunub.

Xətai Rayon Məhkəməsində, həmçinin "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul olunub. vakansiyalar

Bundan başqa, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Ruslan İzzətli barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər