Ələsgər Məmmədli hospitala köçürüləcək
"Toplum TV" işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Vəkil bildirib ki, Ələsgər Məmmədlinin müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətlərinə baxılıb: “İstintaq da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda, öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək…
Xətai Məhkəməsi bu barədə qərar qəbul etdi…”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın