Əli Kərimliyə bu cəza verildi
Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı partiyanın keçmiş üzvü Aydın Əliyevin iddiası əsasında növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə Aydın Əliyevin vəkili Əli Kərimlinin 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər müşavirə otağından qayıtdıqdan sonra qərar elan edilib. Partiya sədri 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın