Əməkdaşlar və əsgərlər qol güləşi yarışında güclərini sınayıblar - FOTOLAR
20 noyabr 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində, Ədliyyə orqanlarının 105 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşlarının və Alayda həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə Qol güləşi turniri keçirilib.
“Heydər Əliyev ili” çərçivəsində, 22 noyabr - Ədliyyə orqanlarının 105 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşlarının və Alayda həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə qol güləşi turniri təşkil edilib.
Qol güləşi Federasiyasının təşkilati dəstəyi ilə Penitensiar xidmətin Mühafizə alayının Qərargahında keçirilən yarışda 90 nəfər əməkdaş 3 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıblar.
Yekunda 80 kiloqramadək çəki dərəcəsində Mühafizə alayının Xüsusi təyinatlı bölüyünün əməkdaşı ədliyyə kiçik giziri Əfraim Şəfiyev, 90 kiloqramadək çəki dərəcəsində Mühafizə alayının Şəki taborunun əməkdaşı ədliyyə kiçik giziri Mustafa Fərzəliyev və 90 kiloqramdan yuxarı çəki dərəcəsində 3 saylı istintaq təcridxanasının əməkdaşı ədliyyə kapitanı Asim Ağazadə birinci yerə sahib olublar.
Qaliblər xidmət rəhbərliyi tərəfindən kubok, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Uğur əldə etmiş əməkdaşları təbrik edirik!
Qeyd edək ki,yarış Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) təşkilati dəstəyi ilə Penitensiar xidmətin Mühafizə Alayının idman zalında keçirilib.AQGF prezidenti Cəsarət Əhmədovdur.
Bu xəbər üçün şərh yazın