Əməliyyatdan sonra öldü, həkimin cavabı təhdid oldu: "Siz bilirsiniz kiminlə danışırsınız?" - VİDEO
Bakıda cərrahiyyə əməliyyatı keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb.
1995-ci il təvəllüdlü Ülkər Səxavət qızı Fərzani təqribən 20 gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mədəkiçiltmə əməliyyatı keçirib.
Qonşularının verdiyi məlumata görə, Ü.Fərzani əməliyyatdan sonra qida rejiminə diqqət etməyib. Bildirilib ki, o, qazlı içkilər içdiyinə görə həyatını itirib. Sosial şəbəkələrdə edilən müzakirələrin birində ölümün həkim səhvindən olduğu da iddia edilir.
Əməliyyatı icra edən cərrah Elçin Abdinov olub. O, əməliyyatın 30 gün əvvəl icra olunduğunu və əməliyyat prosesində hər hansı bir problemin olmadığını söyləyib. Digər iddialarla bağlı suallara isə cavabı "Siz bilirsiniz, kiminlə danışırsınız?" şəklində olub.
Mərhumun ailə üzvləri də mediaya açıqlama vermək istəməyiblər.
Daha ətraflı APA TV-nin süjetində:
Bu xəbər üçün şərh yazın