Ərdoğan meydanda oynayır, bizsə yalnız... - Yunan ekspert
Türkiyə hərbi varianta əl atmadan yavaş-yavaş qazanır. Bu da Yunanıstanın davamlı olaraq qorxduğu mənzərədir.
Bunu yunan hərbi ekspert Karvounopoulos ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Türkiyə artıq regional oyunçudur:
“Ankaradan davamlı olaraq Afinaya “Gəmiləriniz Meis adasına girə bilməz”, “Adalarınızda hərbçi yerləşdirə bilməzsiniz”, “Egeydə təlim keçməyə haqqınız yoxdu” şəklində xəbərdarlıqlar gəlirdi. Bu vəziyyət Türkiyənin artıq Egey bölgəsində söz sahibi olduğunu göstərir. Türkiyə bunu hər fürsətdə yunanlara xatırlatmağa çalışır”.
Ekpert qeyd edib ki, Yunanıstanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı yayılan iddialardan fərqli olaraq, onun dəlisov olduğunu fikirləşir:
“Ərdoğan Türkiyə üçün öndə gələn fiqurdur. Bunu qəbul etməliyik. Ərdoğan bölgənin əsas oyunçusudur. O, meydanda oyun oynayır, biz isə ehtiyatda belə deyilik. Tribunadan onu izləyirik”./Axar.az
Bu xəbər üçün şərh yazın