Ərdoğan Moskvaya “bütün cəbhə boyu hücumla” gəlir - Demidenko
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri zamanı İdliblə bağlı tam razılaşma əldə etmək mümkün olmayacaq, amma tərəflərin aralıq razılığa gəlməsi mümkündür.
Bu sözləri rusiyalı politoloq Sergey Demidenko RİA-ya deyib.
“Əlbəttə, bu danışıqlarda əsas razılaşma olacaq, amma düzünü desəm, razılaşmanın hansı əsaslar üzərində əldə ediləcəyini təsəvvür etmək çətindir. Ona görə ki, hazırda Türkiyənin mövqeyi kifayət qədər sərtdir. Onlar Suriya hərbçilərinə bütün cəbhə xətti boyunca hücum edirlər”, – deyə o bildirib.
Politoloq İran faktının da nəzərə alınması gərəkdiyini deyib.
Demidenko Türkiyə ilə Rusiyanın nə barədə razılaşmağından asılı olmayaraq, İranın hər zaman öz oyununu oynayacağını bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın