Ərdoğan Özəli məhkəməyə verdi

Ərdoğan Özəli məhkəməyə verdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat yayıb.

Onun sözlərinə görə, Prezident və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan CHP lideri Özgür Özəl barəsində 500 min lirə (22 min manatdan çox) məbləğində mənəvi təzminat iddiası qaldırıb.

“CHP sədri Özgür Özəl tərəfindən partiyanın fövqəladə qurultayında prezidentimizə qarşı səsləndirdiyi əsassız ittihamlar və təhqiramiz ifadələrə görə, 500 min türk lirəsi mənəvi ziyanın ödənilməsi üçün Ankara birinci instansiya mülki məhkəməsində iddia qaldırılıb”, - deyə vəkil bildirib.

Vəkil onu da qeyd edib ki, prezidentin təhqir olunması ilə bağlı iddia cinayət işinin başlanması üçün Ankara Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, aprelin 6-da Ankarada CHP-nin fövqəladə qurultayı keçirilib və Özgür Özəl yenidən partiyanın sədri seçilib. Siyasətçi çıxışı zamanı Ərdoğan və hökumətini “xuntaçılarla” müqayisə edib. Özəlin bu sözləri hökumət üzvlərinin kəskin tənqidinə səbəb olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi