Ərdoğan Suriyada keçiriləcək əməliyyat barədə –

Ərdoğan Suriyada keçiriləcək əməliyyat barədə – “Bu gün ya da sabah başlayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik zonası yaratmaq əməliyyatının yaxın günlərdə başlayacağını istisna etməyib. Prezident müvafiq açıqlamanı şənbə günü Ankarada A Haber-də çıxışı zamanı verib.

“Suriyada təhlükəsizlik zonası yaratmaq suriyalıların evlərinə qayıtmaları üçün ən ağıllı bir yoldur. Biz qərara gəldik ki, müstəqil hərəkət edək. Bu əməliyyatı həm yerdə, həm də havadan həyata keçirəcəyik. Ola bilsin, bu gün ya da sabah başlayacağıq“, – deyə Türkiyə lideri vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi