Ərdoğan Yaxın Şərqdə nüfuzlu lider hesab olunur
Rusiya Yaxın Şərqdə ən nüfuzlu ölkədir.
Bu nəticə “Pew Research Center” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, bölgə əhalisinin 64%-i Rusiyanın nüfuzlu ölkə olduğunu bildirib. İlk üçlüyü Türkiyə (63%) və ABŞ (62%) tamamlayıb. Ondan sonrakı yerlərdə İran (53%), İsrail (46%), Səudiyyə Ərəbistanı (41%) və Misir (19%) qərarlaşıb.
Yaxın Şərqdə ən nüfuzlu dövlət başçısı isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçilib. Ərdoğanı İordaniyada respondentlərin 66%-i, Tunisdə 59%-i, Livanda 42%-i, İsraildə isə 15%-i nüfuzlu hesab edib. Ondan sonrakı yerlərdə Misir Prezidenti Əbdülfəttah Sisi və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yer alıblar.
Sorğu iştirakçıları ən pis münasibəti İsrail Baş naziri Benyamin Netanyahu, Suriya Prezidenti Bəşər Əsəd və İran Prezidenti Həsən Ruhaniyə bəslədiklərini bildiriblər.
Qeyd edək ki, sorğuda 6204 nəfər iştirak edib. Sorğu Türkiyə, Livan, Tunis, İordaniya və İsraildə keçirilib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın