Ərdoğandan Makrona: Yorulmuşuq artıq qapıda gözləməkdən

Ərdoğandan Makrona: Yorulmuşuq artıq qapıda gözləməkdən 

Türkiyə Avropa Birliyinə üzvlük məsələsində çox təəssüf ki, 54 ildir qapıda gözlədilir.

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşündən sonra mətbuata açıqlamasında deyib.

“Fransa AB-nin önəmli üzvüdür. Türkiyə kimi başqa bir ölkə AB-nin daxilində yoxdur. İttifaq bizə səbəb də göstərmir. İlk vaxtlar 15 maddə ilə qarşımızı almağa çalışırdılar. İndi isə maddələrin sayı 35-ə qalxıb. Bu bizi ciddi mənada yorur. Xalq da bundan yorulub. Bəlkə də bu durum bizi qəti qərar verməyə məcbur edəcək. “Nə olar, bizi də qəbul edin” deyəcək halımız yoxdur. Baxın, bunu Fransadan deyirəm”, - Ərdoğan bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi