Ərdoğanın bu jesti maraq doğurdu

Ərdoğanın bu jesti maraq doğurdu 

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olan Ukrayna lideri Volodimir Zelenski prezdient köşkündə olub.

Türkiyə mətbuatı xəbər verir ki,Ərdoğanın Zelenskini qarşılama mərasimi zamanı çəkilən bir foto böyük marağa səbəb olub.Belə ki, sözügedən fotoda diqqət çəkən məqam Ərdoğanın Qərbin tək buraxdığı Zelenski ilə çətirini paylaşması olub.

Türkiyə KİV-lərinin yazdığına görə, Ərdoğan bununla Zelenskinin onun mühfizəsi altında olduğu mesajını vermək istəyib.

Qeyd edək ki, həmin detal sosial şəbəkədə istifadəçilərinin marağına səbəb olub və böyük ehtimalla avropa mətbuatının manşetinə daşıya biləcəyi mövzulardan hesab edilə bilər.

Xatırladaq ki,Ərdoğan və Zelenski arasında baş tutacaq ikitərəfli görüşdən sonra saziş imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər