Ərdoğanın xəbərdarlığı: TBMM İsrailə görə təcili toplanır

Ərdoğanın xəbərdarlığı: TBMM İsrailə görə təcili toplanır 

Türkiyə parlamenti oktyabrın 8-də qapalı iclasda İsrailin bölgədəki hərəkətlərini və onun yaratdığı təhdidləri dəyərləndirəcək.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş məlumat yayıb.

"Hökumət 8 oktyabrda İsrail mövzusunda parlamentə məlumat verəcək. Xarici işlər və müdafiə nazirləri vəziyyətlə bağlı məruzə edəcəklər", - o bildirib.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsrailin növbəti hədəfinin Türkiyə olduğu barədə açıqlaması geniş rezonansa səbəb olub. Bu səbəbdən CHP-nin parlament fraksiyası Böyük Millət Məclisinin qapalı toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər