Erməni cəmiyyəti sülh istəyir, müəyyən dairələr Edmon Marukyan üzərindən pozuculuqla məşğuldur

Erməni cəmiyyəti sülh istəyir, müəyyən dairələr Edmon Marukyan üzərindən pozuculuqla məşğuldur -6 məkrli "şərt"

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İrəvanın Bakıya sülh danışıqlarının başlanması üçün 6 təklifini yayıb.

Faktinfo.az  xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Təkliflər bunlardır:

1. Birinci bənddə qeyd olunur ki, martın 11-də biz Azərbaycandan müqavilə ilə bağlı təklif almışıq, ona cavab veririk.

2. Ermənistan Respublikası heç vaxt Azərbaycana qarşı ərazi iddiasında olmayıb və indi də deyil.

3. Ermənistan tərəfi üçün Dağlıq Qarabağda ermənilərin təhlükəsizliyi, onların azadlığı və hüquqları, o cümlədən Dağlıq Qarabağın son statusu prinsipial məsələdir.

4. Ermənistan tərəfi Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası Baş naziri və Rusiya Federasiyası Prezidentinin 9 noyabr bəyannaməsinin, 11 yanvar və 26 noyabr (hərbi əsirlərin qaytarılması və yolların açılması) bəyanatlarının öhdəliklərinin icrasını vacib sayır.

5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.


Göründüyü kimi,Nikol Paşinyanın reallığı qəbul etməsi,vaxtaşırı Qarabağın Azərbaycana məxsusluğuna dair fikirlər səsləndirməsi,inkişafın sülh şəraitində normal qonşuluq münasibətlərindən keçəcəyini Ermənistan cəmiyyətinə çatdırması, iki əsrdən çoxdur ki,ermənilərdən siyasi məqsədlər üçün istifadə edən dairələrin narahatlığına səbəb olub.

Hər dəfə Paşinyanın kremlə çağrılması və onunla aparılan danışıqlardan sonra çıxarılan nəticə mətbuatda baş nazirə verilən "qulaq burması" çıxarışından o yana keçmir.Bu da  reallığı dərk edən erməni cəmiyyətində Nikol Paşinyan və komandasının qətiyətsizliyi kimi də xarakterizə olunur.Bununla da kifayətlənilmir,Paşinyanı hakimiyyətdən aparmaq üçün ona qarşı mitinqlər də təşkil olunur. Baxanda ki,artıq Ermənistan ziyalıları da Nikol Paşinyanyandan Azərbaycanla aparılan danışıqları tezliklə sülh  müqaviləsi imzalamaqla başa çatdırmasını istəyirlər, rusya pərəst  Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan üzərindən İrəvanın Bakıya sülh danışıqlarının başlanması üçün 6 məkrli "şərti" irəli sürdürülür.

Məqsəd nədir?

 Gözəl bilirlər ki,Azərbaycan tərəfi bu "şərtləri" heç bir halda qəbul edəsi deyil.Bununla da sülh  müqaviləsinin imzalanmasını ləngitmiş olurlar.

Bütün bunlara baxmayaraq zaman Azərbaycanın xeyrinə işləyir.Bunu da bilməmiş deyillər.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi