Ermənistan lideri: -Növbəti seçkilərdə də qələbə bizim olacaq

Ermənistan lideri: -Növbəti seçkilərdə də qələbə bizim olacaq 

Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində növbəti dəfə qələbə qazanacaqlarına əmin olduğunu açıqlayıb.

O, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Ümid edirəm ki, dediklərim təkəbbürlü səslənmir. Amma tam əminəm ki, 2026-cı il parlament seçkilərində xalq Ermənistanı idarə etmək üçün bizə verilən mandatı uzadacaq. Çünki bizim həyata keçirdiyimiz sülh gündəliyinin və siyasətin müəllifləri xalqdır”, - baş nazir qeyd edib./Teleqraf.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi