Ermənistan Ruslana qarşı cinayət təqibini ləğv etdi – Təcili
28 fevral 2024-cü ildə azaraq Ermənistanla şərti sərhədi keçən və ermənilər tərəfindən saxlanılan Ordumuzun hərbi qulluqçusu Ruslan Eldəniz oğlu Pənahovla bağlı Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
E.Pənahovun azaraq Ermənistan ordusunun mövqeləri yaxınlığına gəlib çıxması təsdiqlənib.
Göstərilənlərə əsasən, Ruslan Pənahov haqda cinayət təqibinə xitam verilməsi barədə prokurora vəsatət verilib və o təmin edilib.
Qeyd edək ki, Ruslan Pənahova qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə saxta ittiham irəli sürülmüşdü.
Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tuturdu.
Bu xəbər üçün şərh yazın