"Ermənistanın Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur"

"Ermənistanın Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur" -Qoqua

Bu gün Azərbaycan tərəfinin təklif etdiyi Zəngəzur dəhlizi təkcə Azərbaycan və Gürcüstanın deyil, bütövlükdə region xalqlarının mənafeyinə xidmət edir. Təəssüf ki, Ermənistan tərəfi bunun əhəmiyyətini dərk etmir.

Faktinfo.az  Azərtac-a istinadən xəbər verir ki,bu sözləri gürcü siyasi ekspert Giorgi Qoqua Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən söyləyib.

“Onsuzda Ermənistanın Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur. Bu imza nəticəsində rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq. Ermənistan, eyni zamanda, Zəngəur dəhlizinin açılması üçün də səylərini artırmalıdır”, -deyə gürcü ekspert vurğulayıb.

O deyib ki, Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur.

“İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir. Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun”, – deyə G.Qoqua vurğulayıb.

O əlavə edib: "Ermənistan Azərbaycan ilə sülh sazişini imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq. Bu müqaviləni imzalamasa özlərini blokada vəziyyətinə salacaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər