Əsəd Cahangirin “Dionisin şərəfinə” adlı yeni kitabı işıq üzü görüb
Tənqidçi, esseist Əsəd Cahangirin “Dionisin şərəfinə” adlı yeni kitabı işıq üzü görüb.
“Teatr və dramaturgiya”, “Kino”, “Musiqi”, “Televiziya” və “Kulturologiya” bölümlərindən ibarət kitaba müəllfin təxminən 25 il ərzində yazdığı, müxtəlif incəsənət sahələrinə həsr olunmuş məqalə, resenziya, icmal, məruzə, esse və portretləri, eləcə də, bir sıra ünlü və gənc sənət adamarı ilə müsahibələri daxil edilib.“Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq”, “On üçüncü gecə” kitablarından sonra “Dionisin şərəfinə” müəllifin sayca beşinci kitabıdır.
Faktinfo.az xəbər verir ki,kitaba “Teatral adam” adlı ön sözü Əməkdar İncəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Bəhram Osmanov yazıb. Kitabın redaktoru tanınmış jurnalist Rizvan Əhmədlidir.
Qeyd edək ki,Ə.Cahangirin müxtəlif vaxtlarda mətbuatda dərc olunan və geniş rezonans doğruan “Bir çarə var ancaq – yeniləşmək”, “Vay dədəm, vay”, “Mahnı dağlarda qalmadı”, “Bəhramnamə”, “Dionisin şərəfinə”, “İran kinosunun peyğəmbəri”, “Əsgər və Oskar”, “Açılmaz Əslidən düymə”, “Eşq imiş hər nə varsa”, “Gecədən səhərə doğru”, “Səs” kimi yazıları da kitabda yer alıb.
Lətafət Orucqızı
Faktinfo.az
Bu xəbər üçün şərh yazın