Etibar Əliyev seçkiyə getmir? - "Deputat həkim müayinəsindədir..."
Milli Məclisin deputatı Etibar Əliyev növbədənkənar parlament seçkilərinə qatılmayacaq.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, sabiq deputat seçkilərdə iştirakdan imtina edib.
Məsələni araşdırmaq üçün Etbar Əliyevin deputat seçildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi ilə əlaqə saxladıq. Dairədən Qaynarinfo-ya bildirdilər ki, Etibar Əliyev hələlik namizədliyini irəli sürməyib.
Xəbəri dəqiqləşdirmək üçün Etibar Əliyevin özünə də zəng etdik. Dəstəyi götürən şəxs xəstəxana əməkdaşı olduğunu bildirdi:
"Mən fizoterapiya əməkdaşıyam. Etibar müəllim terapiya şöbəsində həkim müayinəsində olduğu üçün zəngə cavab verə bilmir".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın