Ətin qiyməti qarşıdakı aylarda 1 manat da bahalaşa bilər- SƏBƏB
Təəssüf bir sıra saytlar Bakıda ətin qiymətinin kəskin bahalaşmasına dair xəbəri indi tirajlayırlar.
İki aya yaxındır ki,qəssabxanalarda sümüklü dana əti 14 manata, sümüksüz dana əti 16.50 manata,quzu əti isə 16 manata satılır.Eləcə də, bahalaşma toyuq ətində də müşahidə olunurdu. Belə ki, müəyyən müddət var ki,“kənd toyuğu” adı ilə satılan toyuq 9-10 manata təklif edilir.Bu qiymət artımının da son olmayacağı,uzun müddət bu şəkildə qalacağı da inandırıcı görünmür.
Faktinfo.az xəbər verir ki,bu sözləri Tovuz rayonundan olan sahibkar bildirib.Sahibkarın sözlərinə görə,qarşıdakı aylarda sümüklü və sümüksüz dana ətinin,eləcə də quzu ətinin qiyməti 1 manat da bahalaşa bilər.Səbəb kimi arpa və qarğıdalı bitkisinin,o cümlədən ot "pres"inin qiymətinin bahalaşması göstərilir.Bahalaşmaya səbəb məhsuldarlığın aşağı olmasıdır,deyilir. Quşçuluq və heyvandarlıq sahəsində istifadə olunan bu önəmli vasitələr bahalaşırsa ətin qiyməti bahalaşmaya bilməz,-deyə sahibkar bildirir.
Qeyd edək ki,Faktinfo.az saytı məhsuldarlığın aşağı olmasına dair xəbər vermişdi.Ötən il kiloqramı 50-55 qəpiyə satılan arpanın bu il 70 qəpiyə qədər yüksələcəyi ilə bağlı xəbər yazmışdıq.Qiymət artımına səbəb kimi məhsuldarlığın aşağı olması xəbərdə qeyd edilmişdi.
Bu xəbər üçün şərh yazın