"Ev telefonları"nın sayı sürətlə azalır – Statistika
Azərbaycanda sabit şəbəkə telefonlarının sayı sürətlə azalır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2019-cu ildə Azərbaycanda 722 min 390 sabit şəbəkə telefonu mövcud olduğu halda, 3 il sonra - 2022-ci ildə bu göstərici 653 min 238-ə düşüb.
Mənzillərdə olan sabit şəbəkə telofonlarının sayı isə 627 min 184-dən 595 min 776-ya enib.
Eyni dövrdə sabit şəbəkə telefonları vasitəsi ilə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqlarının sayı da 2 dəfəyə yaxın azalıb. Əgər 2019-cu ildə şəhərlərarası və beynəlxalq telefon danışıqlarının sayı 20,7 milyon olubsa, 2022-ci ildə bu göstərici 11,5 milyon olub.
Sabit şəbəkə telefonlarının sayının azalmasına paralel olaraq ATS-lərin və onların nömrə tutumları da azalıb. Belə ki, ATS-lərin sayı 171-dən 164-ə, ATS-lərin nömrə tutumu isə 947 min 631-dən 804 min 677-yə düşüb.
Qeyd olunan dövürdə – 2019-2022-ci illərdə mobil telefon abunəçilərinin sayı isə 4 milyon 811 mindən 5 milyon 51 minə yükəslib.
Bu xəbər üçün şərh yazın