“Faciəli səhvə yol verməyin” - Ukrayna Belarusa xəbərdarlıq etdi

“Faciəli səhvə yol verməyin” - Ukrayna Belarusa xəbərdarlıq etdi 

Ukrayna Xarici İşlər Nazirliyi kəşfiyyat məlumatlarına istinadla bildirir ki, Belarus ordusu təlimlər adı altında Belarus-Ukrayna sərhədində əhəmiyyətli qüvvələr cəmləşdirib.

Ukrayna XİN-in yaydığı məlumatda belə deyilir.

Qeyd olunur ki, Qomel vilayətində Belarus Respublikası Silahlı Qüvvələrinin hərbi avadanlıqları, tankları, artilleriyası, MLRS və hava hücumundan müdafiə vasitələri, həmçinin “Vaqner” PMC-nin yaraqlıları müşahidə olunub.

Ukrayna Belarusa bu addımılarıyla bağlı xəbərdarlıq edib: “Biz Belarus rəsmilərini Moskvanın təzyiqi altında öz ölkələri üçün faciəli səhvlərə yol verməməyə, onun silahlı qüvvələrini qeyri-dost hərəkətlərini dayandırmağa və qoşunları Ukraynanın dövlət sərhədindən atəş sistemlərinin diapazonunu aşan məsafəyə çıxarmağa çağırırıq”.

Ukrayna XİN qeyd edir ki, Belarusun Çernobıl AES yaxınlığında hərbi təlimlər keçirməsi Ukraynanın milli təhlükəsizliyinə və ümumilikdə dünya təhlükəsizliyinə təhdid yaradır. Bəyanatda deyilir ki, Ukrayna heç vaxt Belarus xalqına qarşı hər hansı qeyri-dost hərəkətə yol verməyib və bunu etmək niyyətində deyil.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücuma başlamasından sonra Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna sərhədi yaxınlığında qoşun qruplaşmalarının gücləndirilməsi barədə göstəriş verib.

Respublikanın Müdafiə naziri Viktor Xrenin bəyan edib ki, sərhədyanı rayonlara xüsusi əməliyyat qüvvələrinin bölmələri, quru və raket qoşunları göndərilib. Onların arasında “Polonez” raket sistemləri və “İskəndər” kompleksləri var. Həmçinin, əraziyə tanklar yerləşdirilib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər