Famil Bağıyevin rəhbəri olduğu "Orbita" MTK-dan növbəti şikayət-

Famil Bağıyevin rəhbəri olduğu "Orbita" MTK-dan növbəti şikayət- VİDEO

Metronun Qara Qarayev stansiyasının yaxınlığında sakinlər ilə MTK razılığa gələ bilmirlər.Onlar "Orbita" MTK rəhbəri Famil Bağıyevdən şikayətçidirlər.

Faktinfo.az xəbər verir ki, bu barədə "Xəzər" TV -nin hazırladığı sujetdə bildirilir.Ziddiyyətli vəziyyət Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən binadan gedir.

Xəbərdə qeyd edilir ki,ümumilikdə binada 100-dən artıq ailə yaşayır.Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirirlər.

Məlum olur ki, həmin ərazidə 4 küçənin kəsişməsində “Orbita” MTK, 7 ədəd,15 mərtəbəli yaşayış binası tikir.

Şirkətin tikinti direktoru Qulu Cəfərov isə bildirir ki,artıq 32 ailə köçürülüb,80-nə yaxın ailə ilə razılıq əldə edilib,lakin 15 ailəni razı sala bilmirlər.O hazırda bu istiqamətdə işin getdiyini bildirib.Qulu Cəfərov sakinlərin yaşaya-yaşaya binanın sökülməsi məsələsinə aydınlıq gətirməsi "Xəzər" TV-nin hazırladığı sujetdə əksini tapıb.


Faktinfo.az xüsusi olaraq qeyd edir: Azərbaycan Respubilkasının prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən yeni tikililərin mərtəbə sayı 12-dən artıq olmamalıdır.Belə olduğu halda,ümumiyyətlə 15 mərtəbəli bina tikilməlidirmi? Tikilirsə bunu hansı əsasla tikirlər? Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,Bakı Şəhər İcra Hakimiyyəti,Rayon İcra Hakimiyyətləri bu başlıca prinsipə nəzarət edə bilirlərmi? 

Hündürmərtəbəli bina inşa olunarkən tikinti normalarına,eləcə də piyadalar üçün nəzərdə tutulmuş səkilərin qorunub saxlanmasına nə dərəcədə rəayyət olunur,həmçinin inşa olunmuş  hündürmərtəbəli binaların altındakı obyektlərə giriş üçün pilləkənlərin səkilərdə inşaa olunması  qanuna müvaffiqdirmi? Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyə qədər bu istiqamətdə hansı təxirəsalınmaz tədbirlər görüb? 

Bu və ya digər suallara aydınlıq gətiriləcək.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi