FED-in qərarı dolları bahalaşdıracaq

FED-in qərarı dolları bahalaşdıracaq 

2022-ci ildə ABŞ mərkəzi bankının (FED) sərt-pul kredit siyasətinə keçməsi inkişaf etməkdə olan ölkələrdə maliyyə və investisiya problemləri yarada bilər.

Bunu Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edib.

FED ABŞ-da yüksək inflyasiyanın olmasını nəzərə alaraq, bu il ən azı 2 dəfə faizləri artırmaq haqqında qərar qəbul etməyi düşünür. Hazırda 0-0,25 səviyyəsində olan uçot dərəcəsinin 1-2 faiz intervalına, hətta yüksək səviyyə çatdırılacağına dair açıqlamalara rast gəlinir.

 

BVF hesab edir ki, inkişaf etməkdə olan iqtisadiyyatlar ABŞ-ın faiz artımına hazırlaşmalıdırlar. Burada ən pis variant FED-in gözləniləndən daha sürətli davranması olacaq. BVF düşünür ki, bu halda inkişaf etməkdə olan ölkələrdən kapital axını və valyuta itkiləri güclənəcək.

 Qeyd edək ki, Azərbaycan da inkişaf etməkdə olan ölkədir və bu səbəbdən BVF-nin xəbərdarlığının bizə də aidiyyatı var./Sfera.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi