FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
ABŞ Federal Ehtiyat Sistemi (FED baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.
Mart iclasından sonra baza dərəcəsini 5,25-5,5 % səviyyəsində saxlayıb.
"Komitə (Açıq Bazar Əməliyyatları) federal fondların faiz dərəcəsinin hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - xəbərdə deyilir.
Eyni zamanda, FED, inflyasiyanın hədəf 2% - ə doğru irəliləməsinə daha çox inam əldə olunana qədər nisbət aralığını azaltmağı məqsədəuyğun hesab etmir.
Xatırladaq ki, Federal Ehtiyat Sistemi daha əvvəl də baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlamışdı. Qeyd edilirdi ki, bu göstərici son 23 ilin ən yüksək səviyyəsinə çatıb./report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın