Fətullah Gülən öldü

Fətullah Gülən öldü 

Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülən ölüb.

Türkiyə mediası xəbər verir ki, Gülənin aparıldığı xəstəxanada onun öldüyü bildirilib. 

Gülənin yaxın olan "Herkül" saytı  sosial media hesabından vaydığı açıqlamada bildirib ki, dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq.

Bundan başqa, Fətullah Gülənin bacısı oğlu Ebuseleme Gülən də sosial media hesabında paylaşdığı paylaşımla onun ölüm xəbərini təsdiqləyib.

Xəbəri Fətullah Gülənə yaxın şəxslər də sosial media hesablarında paylaşıblar.

Qeyd edək ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərə əsasən Fətullah Gülənin ağlını itirdiyi bildirilirdi./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi