
Fevralın 26-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir təşkil olunub - FOTOLAR
Faktinfo.az xəbər verir ki,Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.
BDU-nun “İnformasiya və sənəd menecmenti fakültəsi”nin IV kurs tələbələrinin iştirakı ilə keçən tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri davam edən etnik təmizləmə siyasətinin dəhşətli nümunəsi olan Xocalı soyqırımı haqqında müzakirələr aparılmışdır. Gənclər əsrin qətliamı haqqında tarixi faktları əks etdirən müxtəlif dillərdə çap olunmuş kitablar, broşürlər və fotoşəkillərlə tanış olmuş, soyqırım dəhşətləri, onun başvermə səbəbləri barədə fikirlərini bölüşmüşlər.





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın