"Fəzail Ağamalıya təşəkkürümü bildirirəm"

"Fəzail Ağamalıya təşəkkürümü bildirirəm" -Vətən müharibəsi iştirakçısı

Bir müddət öncə Ali təhsilli, ikinci qrup əlil, çoxsaylı medallarla təltif olunmuş Vətən müharibəsinin iştirakçısının orta məktəbdə "xadimə" "vəzifə"nə təyin olunması gündəm yaratmışdı.

Hazırda Vətən müharibəsinin iştirakçısı İbrahim Hüseynov artıq laborant vəzifəsinə təyin olunduğunu bildirib.

Xatırladaq ki,qazi ilə bağlı məsələni deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı gündəmə gətirmişdi. Deputat ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynovun Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə “xadimə” “vəzifə”sinə təyin olunduğunu, bunun utancverici hal olduğunu qeyd etmişdi.

"Fəzail Ağamalı müəllimə xüsusi təşəkkürümü bildirirəm. Mənim problemimi işıqlandıraraq yanımda oldu.Haqq-ədalət qalib gəldi!" – deyə qazi paylaşım edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər