Fəzail İbrahimli:"ABŞ və Aİ ikinci cəbhə açaraq Rusiyanı Qafqazda müharibəyə çəkmək istəyir"

Fəzail İbrahimli:"ABŞ və Aİ ikinci cəbhə açaraq Rusiyanı Qafqazda müharibəyə çəkmək istəyir" 

Aprelin 5-də baş tutmuş Milli Məclisin plenar iclasında millət vəkili Fəzail İbrahimli ABŞ, Aİ və Ermənistanın üçtərəfli görüşünə dair müansibətini bildirib. O bu görüşlə bağlı bəzi məqamları bölüşüb.

"Görüşün tarixi elan edildikdən sonra narahatçılıq doğuran fikirlər səsləndirilir, sanki dünya məhvərindən qopacaq. Məqsəd Qafqazda sülhdürsə, iqtisadi qüdrət də Azərbaycandadır, qətiyyət də Azərbaycandadır. Ermənistan Azərbaycanın forpostudur ki, Azərbaycan bu qədər narahat olsun? Rusiya deyirdi ki, mən Ukraynanı 3 gündə məhv edəcəyəm, alınmadı. ABŞ deyirdi ki, Rusiyanı sanksiyalarla məhv edəcəyəm, olmadı.

Ukrayna cəbhəsində uğur əldə edə bilməyən ABŞ və Aİ ikinci cəbhə açaraq Rusiyanı Qafqazda müharibəyə çəkmək istəyir. Ermənistanı Rusiyanın əlindən çıxarmaq istəyirlər. Hindistandan silahlar gəlir. ABŞ-da hərbi sənaye kompleksi Baydeni hakimiyyətə gətirib. Amma Türkiyə amili var, Şuşa bəyannaməsi var. Türkiyə də NATO blokunun üzvüdür. Bu görüşün uğurlu nəticələri olmayacaq. Xandostu, amandır, qoyma gəldi - panikası yersizdir", deyə Fəzail İbrahimli mövqeyini səsləndirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi