Fəzail İbrahimlinin təşviqat kampaniyası uğurla davam edir- Namizəd Masallının Xırmandalı kəndində seçicilərlə görüşdü
Vətəndaş Həmrəyliyi Partiyasının 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimlinin Masallı rayonunun Xırmandalı kəndində seçicilərlə görüş keçirilib.
Faktinfo.az xəbər verir ki,deputatlığa namizədin vəkilləri, kənd camatı, şəhid ailələri və qazilər iştirak etdiyi tədbirdə F.İbrahimli ötən parlament seçkilərindən bu yana ölkəmizin həyatında baş verən mühüm hadisələrə toxunmuş, Zəfər savaşı və beynəlxalq arenada diplomatik uğurlarımızdan danışıb. Səmimi şəraitdə keçən görüşdə Fəzail İbrahimli millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət, Masallının gələcəyi, daha da abadlaşdırılması yolunda səylərini artıracağını vurğulamışdır.
Tədbirdə seçicilərdən Valeh Həsənov, Qulu Gözəlov, Şamil Abasov, Niftulla Əhmədov, Asif Cəfərov, Mürvət Abbasov, Hafis Qurbanov, İntiqam Əmənov, Əbirəli Yaqubov və başqaları çıxış edərək 1 sentyabr parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildiriblər. Görüşdə sakinlərin şikayətləri dinlənilib, təklif və problemlər qeydə alınıb və xatirə fotosu çəkilib.
Bu xəbər üçün şərh yazın