"Flaminqo" raketləri Voroneji hədəf aldı: Hərbi aerodromda güclü partlayışlar

"Flaminqo" raketləri Voroneji hədəf aldı: Hərbi aerodromda güclü partlayışlar 

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej şəhərində yerləşən "Baltimor" hərbi aerodromuna raket zərbələri endirib.

Musavat.com xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, aerodroma ən azı üç "Flaminqo" raketi atılıb.

Ukraynanın OSINT analitiklərinin bildirdiyinə görə, hücum şəhərin Sovet rayonunda yerləşən və Rusiyanın 47-ci bombardmançı aviasiya alayının dislokasiya olunduğu aerodromu hədəf alıb.

Raket zərbələrindən əvvəl Voronej vilayətində raket təhlükəsi elan edilib, bu səbəbdən şəhərdəki məktəblilər və tələbələr təcili olaraq təxliyə olunublar. Zərbələrdən sonra şəhərin mikrorayonlarından birində elektrik enerjisinin verilşində qismən kəsilmələr qeydə alınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪