“Formula-1”: Azərbaycan Qran-prisində ilk qəza baş verib – Kanalizasiya qapağı açıldı…
“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.
Belə ki, “Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub.
Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb.
Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası bütün kanalizasiya qapaqlarını yoxlamağa qərar verib./ONA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın