“Formula 1” üçün biletlərin qiyməti açıqlandı –Minimum əməkhaqqından 5 dəfə bahadır...
“Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışının statistik göstəriciləri yarış bitəndən sonra ictimaiyyətə açıqlanır”.
Bunu Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai mətbuata müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım tendensiyası müşahidə olunur. Artım Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra müşahidə olunmağa başlayıb.
N.Arpadarai daha sonra bildirib ki, indiyədək xaricdən 51 ölkədən bilet alınıb. Hazırda xaricdən ən çox bilet alanlar Rusiya və Monakodandır. Daha sonra müvafiq olaraq Böyük Britaniya, Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Ukrayna və digərləri ölkələrdəndir:
“Məlum olduğu kimi, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Yerli sakinlərə biletlərin qiymət intervalı 70-850 AZN civarındadır”.
Bu xəbər üçün şərh yazın