Fransa deyir, amma eləmir...- Bundestaq rəhbərindən çağırış
Almaniya Bundestaqının müdafiə komitəsinin rəhbəri Mari-Agnes Strack-Zimmermann Fransanı Ukraynaya silah yardımını artırmağa çağırıb.
“Politico”-da dərc olunan məlumatda Zimmermanın Parisin davranışlarından şikayət etdiyi qeyd olunur. Komitə rəhbəri deyib ki, Fransanın Ukraynaya hay-küylü dəstək bəyanatları ilə real yardımının həcmi ziddiyyət təşkil edir.
Avropa Parlamenti seçkilərində Azad Demokratların əsas namizədi və Almaniyada Ukraynanın ən fəal müdafiəçilərindən biri olan Strack-Zimmermann bildirib ki, Fransa Ukraynaya silah tədarükünü sürətləndirməlidir: "Problem ondadır ki, Polşa qonşusu üçün çox şey edir, Almaniya çox şey edir, Fransa isə onlarla müqayisədə çox az şey edir".
Deputat ümid etdiyini bildirib ki, hər üç ölkə Ukraynaya daha çox və sürətlə silah, sursat və hava hücumundan müdafiə vasitələri ötürə biləcək: “Ukraynanın vaxtı məhduddur, hər şeyin daha tez getməsi lazımdır... Mənim gözlədiyim odur ki, vacib ölkə olan Fransadan nəinki güclü çıxışlar eşidilsin, həm də onların sözləri əməlləri ilə dəstəklənsin”./Azpolitika.info
Bu xəbər üçün şərh yazın