Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib-

Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib- - FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Mollaməhərrəmli kəndində səyyar-qəbul görüşü keçirilmişdir.

Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Alı Alıyev bildirib ki, 850 nəfərdən artıq əhalinin yuaşadığı Mollaməhərrəmli kəndində vətəndaşların işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər. Kənd sakinlərinə məcburi köçkün kimi hər ay vahid aylıq müavinət ödənilir.

Mollaməhərrəmli kəndində məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, klub, bələdiyyə və s.infrastruktur obyektləri fəaliyyət göstərir. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Faktinfo.az xəbər verir ki,səyyar qəbulda Rayon Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

O cümlədən  ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, kəndarası yolların asfaltlanması, məktəbin təmiri və su xəttinin çəkilməsi barədə müraciətləri nəzarətə götürülüb.

          Görüş zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 


Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib-Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib-Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib-Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib-Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib-Füzuli RİH başçısının növbəti görüşü Mollaməhərrəmli kəndində keçirilib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi