
GDU-da yoxlama aparılsa da, nəticələr açıqlanmır... - AXI NİYƏ?..
"Məlumunuz edirik ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində iki həftə davam edən ciddi yoxlamalar aparılmışdır..."
"DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən universitetin işçiləri adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir.
Yazının əvvəli burada: GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
Müraciətdə daha sonra deyilir: "Universitetdə aparılan yoxlamalar başa çatmış, lakin Komissiyanın yekun qərarı hələ açıqlanmamışdır. Buna baxmayaraq, universitet daxilində əməkdaşlara qarşı təzyiqlər davam edir. Rektor Yusif Yusibov Vasif və Asif Həsənov qardaşları ilə birlikdə kollektivə qarşı təhqiramiz münasibət göstərir, əməkdaşları müxtəlif məsələlər üzrə ittiham edir, onları ərizələrini yazaraq işdən çıxartmaqla hədələyir. Əməkdaşlar normal iş şəraitində fəaliyyət göstərmək əvəzinə, davamlı yoxlamalar, təhdidlər və işdən azad olunmaq qorxusu altında saxlanılırlar. Universitetdə əmək münasibətlərinin bu şəkildə qurulması yolverilməzdir. İşçilərin qanuni hüquqlarının pozulması, onlara psixoloji təzyiq göstərilməsi və ərizə yazmağa məcbur edilməsi hallarına hüquqi qiymət verilməlidir.
Vasif Həsənovun prorektor vəzifəsinə təyin olunmağa çalışdığı, bu məqsədlə universitet kollektivində müvəqqəti olaraq prorektor vəzifəsini icra edən İsfəndiyar Alverdiyevi tez-tez ələ saldığı və “gör universitet nə gündədir ki, bura İsfəndiyar prorektorluq edir” məzmununda ifadələr işlətdiyi məlumdur. Bu davranışlar universitetdə sağlam iş mühitinin pozulmasına və rəhbər vəzifələr ətrafında qeyri-sağlam münasibətlərin yaranmasına səbəb olur.
Vasif Həsənovun qayınanası Yeganə xanım İsfəndiyar Alverdiyevin dekan olduğu fakültədə dekan müavini vəzifəsində çalışır. Yeganə xanım İsfəndiyar müəllimin aylığa buraxdığı tələbələrin adlarını bildiyindən, həmin məlumatları gizli şəkildə Vasif Həsənov vasitəsilə Komissiyaya ötürmüş, İsfəndiyar müəllimin digər əməlləri barədə də öz mənafeyi üçün məlumat vermişdir. Bu məlumatların əldə edilməsi və Komissiyaya təqdim olunması, eləcə də həmin məlumatlardan universitetdaxili münasibətlərdə və vəzifə mübarizəsində istifadə edilməsi yolverilməzdir.
İsfəndiyar Alverdiyevin prorektor vəzifəsini icra etməsi ilə bağlı da ciddi hüquqi suallar mövcuddur. Prorektor vəzifəsinə təyinatın Təhsil Nazirinin əmri ilə rəsmiləşdirilməsi tələb olunduğu halda, rektor Yusif Yusibovun hər üç aydan bir daxili əmr verməklə İsfəndiyar Alverdiyevi prorektor vəzifəsini icra etməyə təyin etdiyi məlumdur. Bu təyinatların hansı hüquqi əsaslarla həyata keçirildiyi, rektorun belə əmrlər vermək səlahiyyətinin olub-olmadığı və həmin əmrlərin qanunvericiliyə uyğunluğu yoxlanılmalıdır.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən əvvəllər töhmət verilərək vəzifədən uzaqlaşdırıldığı və barəsində cinayət işi açıldığı məlum olan İlqar Kubışev hazırda Gəncə Dövlət Universitetində başqa vəzifəyə təyin edilmişdir. Belə ki, universitetdə Müasir Təlim Mərkəzi yaradılmış, həmin mərkəz üçün ayrıca otaq ayrılmış və İlqar Kubışev yüksək əməkhaqqı ilə mərkəzin müdiri vəzifəsinə təyin edilmişdir. İlqar Kubışev Texniki Universitetin Maşınqayırma texnologiyası ixtisasını bitirmişdir. Onun təhsil istiqaməti, peşə hazırlığı, təcrübəsi və tutduğu vəzifənin tələbləri arasındakı uyğunluq, eləcə də Müasir Təlim Mərkəzinin yaradılmasının zəruriliyi araşdırılmalıdır..."
DAVAMI VAR...












Bu xəbər üçün şərh yazın