"Gedişhaqqının artırılması müzakirə edilmir" - Bakı metrosu
Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.
Report.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bildirib.
O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib:"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb.Onların gətirilməsi üçün işlər görülür.Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın