Gəncə Dövlət Universiteti yoxlanılır- Rektor Vasif Həsənovun əli ilə...

Gəncə Dövlət Universiteti yoxlanılır- Rektor Vasif Həsənovun əli ilə... 

" Gəncə Dövlət Universitetində Təhsil və Maliyyə nazirliyinin xüsusi komissiyası fəaliyyətə başlayıb. Hər şey ciddi şəkildə yoxlanılır..." 

Faktinfo.az xəbər verir ki,bu barədə diaaz.info-ya göndərilən məlumatda deyilir.

Xəbərdə həmçinin qyed olunur: "Rektor Yusif Yusibov Hacıkənddə özünə 1 milyon yarım manata restoran alıb kababxana işlədir. Bu rektordur, yoxsa biznesmen. Rektor Yusif Yusibov dekanlar və kafedra müdirləri vasitəsilə bütün işçiləri sıxırlar ki, heç kim komissiyaya heç nə deməsin. Rektor özü şəxsən dekanlara zəng edib deyir ki, komissiya akt yazsa, heç kim akta imza etməsin. Komissiya üzvlərini otaqdan, hətta binadan qovun. 

Rektor Vasif Həsənovun əli ilə otaqlara xəlvəti dinləmə cihazları yerləşdirib. Ona görə komissiya üzvləri bu hallara diqqət yetirsə daha yaxşı olar. Bəzi işçilər ona görə qorxularından faktları deyə bilmirlər. İşçiləri tək-tək dindirsələr daha yaxşı olar. Ən əsas Universitet Elmi Şurasının protokollarına baxılsa çox şeylər üzə çıxar. İstədikləri adama çox yüksək maaşlar yazıblar, amma bunlar sadəcə protokola yazılıb. Heç bir yerdə müzakirə olunmayıb. Təmir adına pullar ayrılıb, amma təmir getməyib.

Cihazlar, təmizlik üçün kimyəvi vasitələr alınmasına külli miqdarda vəsait ayrılıb, amma heç nə alınmayıb. İndi tələm tələsik ordan burdan nə isə tapıb gətirib yerinə qoyurlar. Tələbələri qrup nümayəndələri vasitəsilə hədələyir ki, aylığa çıxıb dərsə gəlməyən tələbələrin adını kim çəksə komissiya gedən kimi universitetdən qovacam. Amma bəzi fakültələrdə çoxlu miqdarda pul müqabilində aylığa çıxıb dərsə gəlməyən tələbələr var..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪