Gəncədə azyaşlıya donuz qripi diaqnozu qoyuldu

Gəncədə azyaşlıya donuz qripi diaqnozu qoyuldu 

Azərbaycanda həkim 3 yaşlı uşağa donuz qripi diaqnozunu qoyub.

Uşağın atası Orxan Mərdanov Unikal.org-a açıqlamasında bildirib ki, 10.02.2016-cı il təvəllüdlü qızı Gülayın bir neçə gündür hərarəti düşmür. Ata əlavə edib ki, Gəncə şəhərində fəaliyyət göstərən türk həkim qızının donuz qripi virusuna yoluxduğunu deyib:

"Qızımın 3 gün qızdırması oldu. Apardıq Cəmil Tüzüner adlı türk həkimin yanına. Həmin pediatr Ozon Tibb Mərkəzində işləyir. Dedi virusdur. Sonradan bu gün zəng vurduq ki, bunun qızdırması ancaq dərmanla düşür, sonradan yenidən qalxır. Dedi, qan analizi versin. Mən də övladımı apardım, Gəncə Beynəlxalq Xəstənanasında qan analizi verdik. Sonra həkim baxıb dedi ki, donuz qripi virusunun simptomlarıdır. 

Sonradan başqa həkimlərlə əlaqə saxladım.Onlar da deyir ki, uşağın burnundan nümunə götürdükdən sonra dəqiq bilinəcək. Biz də uşağın burun iltihabından nümunə götürüb, Bakıya yolladıq. Gözləyirik ki, Bakıdan cavab gəlsin. Başqa həkimlər də deyir analizin cavabı çıxmadan, o virus olduğunu təsdiqləmək olmur".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 16 nəfərin Azərbaycanda donuz qripinə yoluxması barədə məlumat yayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi