General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə

General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə 

Yeqor Zubtsoveadaily.com, fevral 2018 Geopolitik problemlər akademiyasının prezidenti, müxtəlif ölkələrin başçılarına “antiböhran idarəçiliyi” məsələləri üzrə dəfələrlə konsultasiya keçmiş general-polkovnik Leonid İvaşov əmindir ki, 2018-ci il Rusiya cəmiyyəti üçün dönüş ola bilər. Ekspertin Rusiya nəşrinə müsahibəsini Faktinfo.az Strateq.az-a istinadən oxucualrına təqdim edir.

-Leonid Qriqoryeviç, sizin baxışınızca, prezident seçkilərindən sonra Rusiyada həyat hansı ssenari üzrə gedəcək? “Mühafizəkar perspektiv” klubunun toplantısında deyibsiniz ki, hansısa bir müddətdən sonra ölkədə inqilab qaçılmazdır, Şimali-Qərb İdarəçilik İnstitutu tələbələrilə təmasda isə bildiribsiniz ki, Rusiyada inqilab o qədər də arzuolunan deyil.

-Mən dünən izah etdim ki, inqilab qaçılmazdır, çünki yaranmış durumda ölkədə yaşamaq, həqiqətən, çətindir. Lakin inqilab ancaq yuxarıdan və ya aşağıdan deyil, prezidentin ölkəni yuxarıdan, xalqın isə aşağıdan təmizləməyə başladığı üçüncü model üzrə də baş verə bilər. Başlıcası budur ki, bütün bunlar vətəndaş müharibəsinə keçməsin. Mən təxmin edirəm ki, məhz 2018-ci il dönüş ili olacaq – ya ora, ya da bura. Ya biz ölkəni dinc yolla dəyişdirməyə və bütün bataqlıqları təmizləməyə başlayacağıq, ya da xalq özü buna girişəcək.

-Dünən dəfələrlə qeyd etdiniz ki, çağdaş dövlətlər ölüb gedir, amma bununla belə, Allaha şükürlər, biz bunlardan birində yaşayırıq. Çağdaş Rusiyanı necəsə təsvir edə bilərdinizmi? Bu, “dövlət”, “antidövlət”, yoxsa “biznes dövlət”dir?

-Yəqin ki, Rusiyanı “biznes ölkə”, nə də “antidövlət” adlandırmaq olar. Hər halda, çox gözəl, zəhmətkeş və vətənsevər xalqıyla dövlətdir, amma eyni zamanda hakimiyyəti tamamilə antidövlət sistemidir. Yəni bizdə ruhsal, ayıq və Vətən üçün ağrıyan adamlar var, müxtəlif sahələrdə savadlı mütəxəssislər var, amma hakimiyyət strukturlarına sızmış və bazar sistemiylə örtünərək, sadəcə, ölkəni yağmalayan bəzi “cənablar” da var.

Bəlkə, doğrudan da, Çinin korrupsiya ilə sərt mübarizə modelinə diqqətlə baxmaq lazımdır?

-Necə oldusa, bir dəfə Şanxaydaydım və qərara gəldim ki, orada televizorda nə verdiklərinə baxım. Əvvəlcə məhkəmə göstərilən bir kanalı açdım, sonra isə altı nəfərin güllələndiyi kadrları gördüm. Sonra bu şəhərin rayon başçısı, partiya katibiylə görüşdə soruşdum: bu günlərdə televizorda nə göstərirdilər? O, cavab verdi ki, Şanxayın altı rəhbərini korrupsiyaya görə güllələyiblər. Pekinə qayıdanda o zamankı müdafiə naziri, yoldaş Çi Haotyanyuya bildirdim: “Oğurluğa görə çox qəddarcasına güllələmirsinizmi?”O isə cavab verdi: “Başa düşürsünüz, bizdə 200 milyon nəfər yoxsulluq həddində yaşayır və ölməmək üçün onlara gündə, heç olmasa, bir kasa düyü lazımdır ki, hökumət də onları bununla təmin edir. Amma məmurlardan kimsə oğurluq edəndə bununla da bir çox adamları bu bir kasa düyüdən məhrum edir və bir çox məzlumu ölümə məhkum edir”. Bu cür əsaslandırma mənə xoş gəldi.

-Bəs fikrinizcə, cəmiyyət Rusiyada ölüm cəzasına moratoriumun götürülməsinə hazırdır?

-Cəmiyyətimiz buna ikiəlli səs verər. Amma burada cəmiyyətin məhkəmə hökmlərinə hansısa şəkildə nəzarəti də gərəkdir. Axı bu gün, səhv etmirəmsə, cəmi iki faiz bəraət hökmü olan məhkəmə hakimiyyətimizin necə işlədiyini görürük və adam müddəti artıq əyləşir və  birdən aydınlaşır ki, o, günahsızdır və kimsə ona böhtan atıb və yaxud sifarişlə tutulub. Buna görə də indiki korrupsiyalaşmış sistemlə güllələmə maddələri çox böyük biznesə çevrilə bilər. Hakimə milyonlar gətir, adamı güllələsinlər. Xalq hökmən bu prosesə göz qoymalıdır!

-Hazırda bəziləri, əsasən, gənclər sosial şəbəkələrdə bildirirlər ki, məsələn, İdlibdə həlak olmuş Roman Filipov heç də qəhrəman deyil. Dövlət onların tərbiyəsində nəyi əldən buraxıb?

-Təəssüf ki, dövlətimiz böyüyən nəslin tərbiyəsi sistemindən uzaqlaşıb. Valideynlər məşğuldur, kimi ölməyib sağ qalmaqla, kimi də bizneslə, sovet baba və nənələri isə artıq qocalıblar. Və bütün bunlar dəhşətlidir, ölkə üçün faciədir. Çünki boşluq olmur, öz tərbiyə sistemin yoxdursa, başqasınınkı gəlir – bizim  halımızda antirus, antirusiya Qərbinki gəlir. Və biz artıq görürürk ki, müəllimlərimiz ancaq təhsil xidməti göstərir və gəncləri bir vaxt bizi tərbiyə etdikləri kimi tərbiyə etmirlər. Və cəmiyyətimizin burada çox yaxşı-yaxşı düşünməyi gərəkdir. Hələ qeyd edim ki, düzgün tərbiyələndirməkdən ötrü gələcəyin bizim  yapmalı olduğumuz insanının obrazını təqdim etməliyik, gənclərdən nə istədiyimizi bilməliyik.

-Bəzən adama elə gəlir ki, Alla eləməsin, böyük müharibə baş versə, rusiyalıların çoxu əsir düşəcək. Məni sakitləşdirə bilərsiniz ki, belə olmayacaq?

-Xeyr, elə olmayacaq.

-Amma bu yaxınlarda bildiribsiniz ki, bizə vuruşmaq olmaz – ordumuz var, arxa cəbhə isə problemlidir.

-Hər şeydən əvvəl, bizdə “iqtisadi arxa cəbhə” yoxdur, ehtiyatda hərbçilər yoxdur, nəsə olacağı halda sənayeni bərpa edəcək kadrlar yoxdur. Amma hər halda savaş qopsa, əminəm ki, vətəndaşlarımızın böyük bölümü çağırış alanda hərbi komissarlıqlara gələcək.

-Siz Qərb yatırımlarını müstəmləkələşmə formasıyla tutuşdurursunuz. Niyə?

-İnvestisiyalar Rusiyaya “dürtmək” metoduyla gəlməməlidir – hara istəyirsiniz, gedin və orada nə istəyirsiniz, tikin. Bu, həmişə yaxşı olmur. Ümumiyyətlə, istənilən biznes dövlətin strateji planlaması çərçivəsində işləməlidir. Bu gün isə dünyada bununla məşğul olmayan yalnız iki ölkə var – Somali və Rusiya.

-Suriyada hərbi əməliyyat, doğrudanmı, bu qədər gərək idi? Bəlkə, əvvəlcə iqtisadiyyatı yoluna qoymaq lazım idi?

-Mən hesab etmişəm və hesab edirəm ki, Suriyaya getməyimiz lazım idi. Amma istənilən müharibə elə şəkildə planlaşdırılmalıdır ki, sürətlə aparılsın. Ola bilər ki, Suriyada əsasən Hərbi-Kosmik Qüvvələrdən istifadə etmək deyil, dərhal darmadağın edərək çıxmaq üçün qruplaşmanı gücləndirmək lazım idi. Uzun, sürəkli, xüsusən də adamların həlak olduğu  əməliyyatlar isə həmişə narazılıq, qıcıq,  sonra isə cəmiyyətdə etirazlar da doğurub…

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi