
Gərginliyin arxasında İran dayanır - Yəmən
Yəmən husilərinin fəaliyyəti Tehranın regional maraqlarının irəlilədilməsinə xidmət edir və Yaxın Şərqin təhlükəsizliyinə təhdid yaradır.
Bunu Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin xarici işlər naziri Əfrah Əbdüləziz əz-Zube deyib.
Onun sözlərinə görə, İran Yəmənin strateji coğrafi mövqeyini qonşu dövlətlərə, beynəlxalq limanlara və əsas dəniz marşrutlarına qarşı təhdidlərin həyata keçirilməsi üçün platformaya çevirməyə çalışır:
“İranın dəstəyi ilə Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzi xarici təzyiq və şantaj vasitəsinə çevrilib. Husilərin Səudiyyə Ərəbistanındakı obyektlərə hücumları Ər-Riyadın münaqişənin siyasi yolla həlli istiqamətində səylər göstərdiyi bir vaxtda baş verib”./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın