
"Görüşü mediadan öyrəndik, sürpriz oldu - Volodimir Zelenski
"Ukraynada müharibənin bitməsi ilə bağlı danışıqlar Kiyevin iştirakı olmadan qeyri-realdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə brifinqdə deyib.
Zelenski bununla yanaşı bu gün Ər-Riyadda keçirilən Rusiya-ABŞ görüşü ilə bağlı fikirlərini belə ifadə edib: “Ər-Riyaddakı görüş bizim üçün sürpriz oldu. Biz bunu mediadan öyrəndik. Düşünürəm ki, bu, təkcə bizim üçün yox, bir çox insana sürpriz idi”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın